Gəldilər, foto çəkdirib dağılışdılar: LGBT bayraqlarının bəzədiyi aksiya…

TƏHLİL 14 may 2022, 17:58
“Fəvarələr meydanı”nda keçirilən aksiya azsaylı iştirakçısı ilə yadda qaldı. İştirakçıların demək olar ki, əksəriyyəti müxtəlif rəngli gödəkcələr geyinmiş qızlar idi, onlar da özlərini “jurnalist” kimi göstərirdilər.

Aksiyadan öncə aparılan genişmiqyaslı reklam kampaniyası ilə müqayisədə iştirakçının olmaması göstərdi ki, belə qrupların heç bir sosial dayağı yoxdur. Əslində olmaması da təəccüblü deyil. Təkcə ona görə yox ki, Azərbaycan cəmiyyəti üçün gündəlik həyatı bu cür marginal qrupların absurd iddialarından daha maraqlıdır, həm də aksiya göstərdi ki, bu, nə milli dəyərlərimizə, nə də xalqımızın düşüncəsinə uyğundur.

“Petuxlar mafiya sistemə qarşı”.

Bu, aksiyanın əsas şüarı idi. LGBT-nin bayrağı ilə bəzənmiş aksiyada bu kimi şüarlar çoxluq təşkil edirdi. Bundan da məlum olur ki, aksiya iştirakçıları xalqın düşüncəsini təmsil edir, nə də onların istəyi xalq üçün nəyəsə nail olmaq deyil. Onlar sadəcə qrant əldə etmək üçün xarici dairələrin sifarişi yerinə yetirirlər. Şüarlar və bayraqlar hər şeyi çılpaqlığı ilə nümayiş etdirir.



Aksiyanın təbliğatını aparan media orqanları da sifarişin verildiyi mərkəzləri ələ verir. ABŞ-ın nəzarətində olan “Amerikanın səsi” və “Azadlıq” radioları üç gün bugünkü aksiya ilə bağlı geniş təbliğat apardılar, təşkilatçılarla müsahibələr, onların dilindən çağırışlar və s. yaydılar. Çünki onlara da sifariş verilmişdi. Bu media qurumlarının sərgilədiyi mövqe Qazaxıstan hadisələrində Rusiyanın “Sputnik” agentliyinin sərgilədiyi mövqeyi ilə eynidir. Hər ikisi insanların yox, bağlı olduqları ölkələrin maraqlarına xidmət edir. Bu bir daha təsdiq edir ki, media etikasından, obyektivlikdən danışan bu kimi media orqanları təbliğat ruporundan başqa bir şey deyil.

Gəldilər, toplaşdılar, foto çəkdirib dağılışdılar. Aksiyanın mahiyyəti bundan ibarət oldu. Ən diqqətçəkən məqam polisin etik və qanunlar çərçivəsində davranışı oldu. Hətta polisin ünvanına açıq şəkildə tərbiyəsiz və təhqiramiz şüarlara baxmayaraq (“Polis olma, adam ol”), heç bir zorakılığa yol verilmədi. 

Çünki aksiya təşkilatçıları, onların bağlı olduğu dairələr və siyasi ambisiyaları naminə öz ölkələrinin də əleyhinə işləyməyə hazır olanların iddia etdiyinin əksinə, Azərbaycan hüquqi dövlətdir və bu ölkədə insan haqları, demokratik prinsiplər nə Avropa ölkələrindən geri qalır, nə də hazırda etiraz edən kütləyə qarşı bütün zorakılıq rıçaqlarından istifadə edilməsinə baxmayaraq, Qərbin heç bir reaksiya vermədiyi Ermənistandan…

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top