Bir çox ölkələrdə distant təhsil tətbiq olunur və həmin təhsilin diplomu da rəsmən tanınır. Ancaq ölkəmizdə təhsilin distant forması ilə bağlı şərtlər bir az fərqlidir.Bu yaxınlarda mediaya açıqlama verən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görüldüyünü vurğuladı. Nazir qeyd etdi ki, yaxın zamanlarda yeni sistemin işə salınacağı gözlənilir.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə distant şöbəsinin əsas problemlərindən biri diplomun tanınmasıdır. Ekspertin sözlərinə görə, həm xaricdə, həm də ölkəmizdə distant formada olan təhsil tanınmır:
“Bu, “Təhsil haqqında” qanunvericilikdə öz əksini tapsa da, hazırda distant təhsili müvafiq olaraq istər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən, istərsə də, müvafiq qurumlar tərəfindən tanınmır. Amma, biz pandemiya dövründə onu müşahidə etdik ki, ölkəmiz distant təhsilə hazır deyil. Yalnız müəyyən universitetlər var idi ki, onlarda distant təhsil ənənəsi mövcud idi və bir baza var idi. Bütün bunlar onu deməyə əsas verir ki, distant təhsil mütləq ölkəmizdə artıq yaradılmalıdır. Bu istiqamətdə təhsil alanların diplomları da tanınmalıdır. Çünki istər fövqəladə, istərsə də müvafiq pandemiya vəziyyəti olsun distant təhsil qısamüddətli yox, uzunmüddətli davam edə bilər”.
Bu təhsil formasından kifayət qədər ehtiyac duyan vətəndaşlarımızın olduğuna diqqət çəkən təhsil eksperti əlavə edib ki, bir çox səbəbdən təhsildən geri qalna şəxslər bundan yaralana bilərlər:
“Ümumillikdə distant təhsildən bir çox vətəndaşlarımız yararlana bilər. Təbii ki, əgər biz distant təhsili yaradırıqsa, o zaman mütləq güclü nəzarət mexanizmi yaradılmaldır. O baxımdan ki şəffaflıq təmin olunsun. Bunun üçün mütləq bir nəzarət tətbiq olunmaldıır ki, hər şəxs diplomun tanınması ilə bağlı saxtalığa əl atmasın. Düşünürəm ki, ölkəmizdə bunu tətbiq etməyimiz vacibdir, hətta deyərdim ki, biz gecikmişik”.
Aynurə Pənahqızı
Demokrat.az