“Azəriqaz”a cərimə protokolu yazıldı

SOSİAL 14 may 2022, 10:27
“Azəriqaz” İB-yə cərimə protokolu yazılıb.

Demokrat.az xəbər verir ki, İB barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Fuad Axundovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top