Apreldə bahalaşan məhsullar açıqlandı

GÜNDƏM 13 may 2022, 21:19
2022-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin aprel ayına nisbətən 107,1 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top