Taekvondo üzrə Dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək — FOTOLAR

İDMAN 12 may 2022, 20:13
Taekvondo üzrə Böyüklər arasında Dünya çempionatı gələn il Bakıda keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə qərar Dünya Taekvondo Federasiyası (DTF) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində baş tutan yığıncağında qəbul edilib.

Qərara əsasən, 2023-cü ildə Böyüklər arasında Dünya Çempionatı Azərbaycana həvalə olunub. 

Namizədlər arasında Çin, Azərbaycan və Bolqarıstan yer alıb. Yekun səsverməyə əsasən, Azərbaycan səs çoxluğu ilə qalib gəlib.

DTF-in 50-illik yubileyinə təsadüf edən çempionatın keçirilmə günləri barədə məlumat verilməyib.



Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top