Valideyn himayəsindən məhrum olan uşaqların sayı açıqlandı

SOSİAL 11 may 2022, 13:42
Ötən il ölkədə 114 uşaq (56 oğlan, 58 qız) övladlığa verilib ki, onlardan hər birini Azərbaycan vətəndaşları övladlığa götürüb.

Demokrat.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd olunub ki, övladlığa götürülən uşaqlardan 26 uşaq müəssisədən, 63 uşaq yaxın qohumları tərəfindən, 19 uşaq ögey ata-ana tərəfindən və 6 uşaq isə valideynlərarası razılıq əsasında övladlığa götürülənlərdir.

Uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların ümumi sayı 1 563 nəfər (944 oğlan, 619 qız) təşkil edib ki, onlardan 1248-i sağlam, 315-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Hesabat dövründə həmin müəssisələrdə valideyn himayəsindən məhrum olmuş 362 uşaq (218 oğlan, 144 qız) uçota alınıb, onlardan 306-sı sağlam, 56-sı isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Reinteqrasiya tədbirləri nəticəsində 89 uşaq ailələrinə qaytarılıb.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top