Tokayev Ərdoğanla görüşdü

DÜNYA 10 may 2022, 20:51
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev vəzifəsinin icrasına başladıqdan sonra Türkiyəyə ilk rəsmi səfərə gəlib.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı ilə Ankaradakı iqamətgahında görüşüb.

Dövlət başçıları arasında təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında da danışıqlar aparılacaq. Ardından isə birgə sazişlərin imzalanması mərasimi və mətbuat konfransı keçiriləcək.

Həmçinin prezident Ərdoğan Tokayevin şərəfinə rəsmi ziyafət verəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top