Ağdamda çay daşdı, qəbiristanlığı sel basdı — FOTOLAR

HADİSƏ 09 may 2022, 23:28

Qarqar çayının daşması nəticəsində otlaq, əkin sahələri və qəbiristanlıq ərazisi sel suları altında qalıb. 

"Qafqazinfo" xəbər verir ki, daşqınlar, əsasən, çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Həmçinin, sel sahə və qəbiristanlıq yolunda qurulmuş kiçik körpünü də yuyub aparıb. Daşqın baş verən əraziyə texnika cəlb edilib. Baş verə biləcək digər fəsadların qarşısının alınması məqsədi ilə tədbirlər görülür.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top