"Putin bizə başqa seçim qoymadı"— Şolts

GÜNDƏM 09 may 2022, 19:49
"Almaniya Ukraynaya silah tədarükünü davam etdirəcək".

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bunu Almaniya Həmkarlar İttifaqları Federasiyasının qurultayında çıxışı zamanı Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Rusiyanın mövqeyinə görə Almaniya Ukraynaya silah tədarükünü davam etdirəcək.

"Almaniya da Avropa və Şimali Amerikadakı bütün dostlarımız və tərəfdaşlarımız kimi Ukraynanı böyük miqdarda silahla təmin edir. Putin bizə başqa seçim qoymayıb”, - kansler bildirib.

Şolts qeyd edib ki, Rusiya prezidenti Avropada sülhü təhdid edib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top