Soyuq hava meyvə-tərəvəz istehsalına necə təsir edəcək? — AÇIQLAMA

AQRAR-SƏNAYE KOMPLEKSİ 09 may 2022, 15:52
Ölkəmizə yaz fəsli gəlsə də, hələ də qışın soyuğu torpaqdan çəkilmir. Hətta o dərəcədə ki, rayonlarda bəzi yerlərdə qar müşahidə edilir, ölkə üzrə yağıntılı hava isə ara vermir.
 
Bəs yağıntılı hava şəraiti meyvə-tərəvəz istehsalına, qiymətlərə necə təsir edəcək? Ağacların çiçəklədiyi bir dövrdə bol yağıntı zərərli deyilmi?
 
Bu haqda Demokrat.az-a danışan iqtisadçı ekspert Rauf Qarayev bildirib ki, hazırki yağıntı may ayı üçün xarakterik deyil. Ekspertin sözlərinə görə, intensiv yağışlar çay sularının artmasına səbəb olub:

“Əslində havanın belə keçməsini iki yerə bölmək olar. Kənd təsərrüfatını məhsullarını dirçəldən və dağıdan mövsüm. Bildiyiniz kimi, intensiv yağışlar çay sularının daşmasına, yeraltı sularının çoxluğuna gətirib çıxarıb. Bu, o deməkdir əkin sahələrində azlıq müşahidə oluna bilər. Misal olaraq çiyələk bu il az ola bilər, buna səbəb əkin sahələrini zinə suları məhv edir. Onu da qeyd edim ki, hazırki yağıntı may ayı üçün xas deyil və bu baxımdan da meyvə tərəvəzin bol olmasını sual altına qoyur.



Digər tərəfdən ölkədə tərəvəzin baha olmasını sahibkarların sayının azalması ilə bağlı olan amildir. Baxmayaraq ki, vergi orqanı qeyd edir ki, sahibkarlıqla məşğul olanların sayı artıb. Ola bilər ki, kimsə getsin VÖEN açsın, amma o VÖEN açan şəxs aktiv şəkildə sahibkarlıqla məşğul olurmu? Ona yaradılan şəraitdən o razıdırmı? Misal olaraq kənd təsərrüfatında hökumət tərəfindən verilən kübrə üçün subsidiya ən azı 2 dəfə bazar qiymətindən bahadır”.

İqtisadçı kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasının bir sıra amillərlə bağlı olduğuna diqqət çəkib:

“Qərb istiqamətdə bir çox istixanalar fəaliyyətini dayandırıb. Bunun bir səbəbi də, enerji resurslarının baha olması ilə əlaqəlidir. Demək məhsul bazarda azalırsa, qiymət artımı yaranır. Təbii ki, üzü yaya qiymətlər düşə bilər,amma tam düşməsi gözlənilmir. Səbəb yenə də şirin su azlığıdır. Qeyd edim ki, Kür çayı artıq kənd təsərrüfatı üçün önəmli çay sayılmır. Artıq onda olan su kanal suyu qədərdir və bunun səbəbi müxtəlifdir. Üstündə tikilən hidroelektrik stansiyaların sayının çoxundan tutmuş onu balıq hovuzları üçün istifadə olunmasına kimi. Şirin su problemi tam aradan qaldırılmasa məhsuldar torpaqlar da şoranlaşacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top