Tehranda məktəblər bağlandı, əhaliyə xəbərdarlıq edildi

REGİON 08 may 2022, 19:57
İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.

Tehran merinin müavini Abid Mələki bildirib ki, qeyri-sağlam hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə xüsusi fövqəladə hallar komissiyası yaradılıb.

Həmçinin, yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tehran dünya şəhərləri arasında hava kirliliyi reytinqində 12-ci yerdədir./ “Haber Global”/
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top