Baş nazir: “Rusiya mayın 9-da Ukraynaya müharibə elan edəcək”

REGİON 06 may 2022, 18:02
“Rusiya mayın 9-da Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”.

“Report” “Interfaks Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal brifinqdə bildirib.

“Tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinin məlumatına görə, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək niyyəti var. Başa düşürük ki, belə söhbətlərin müzakirəsi yüksək siyasi rəhbərlik səviyyəsində aparılır. Bu baş verəcəkmi – görərik”, - o söyləyib.

D.Şmıqal qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, Rusiyanın sivil demokratik dünyaya müharibə elan etməsinin növbəti təsdiqi olacaq:

“Ukrayna öz azadlığını, ərazisini, suverenliyini, ailələrimizin həyatını və torpaqlarımızı müdafiə edəcək. İstənilən halda biz işğalçı üzərində tam qələbəyədək mübarizə aparacağıq”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top