Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər

GÜNDƏM 05 may 2022, 21:54
Putin mayın 9-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

Onun sözlərinə görə, indi Kremldə iki qruplarşma var. Onlardan biri Putinə deyir ki, mayın 9-da işğal olunmuş ərazilərin ilhaqını elan etmək lazımdır.

“Bir qrup deyir ki, Donetsk və Luqansk vilayətlərinin, hətta Xerson vilayətinin, eləcə də hazırda Zaporojyedə işğal olunmuş ərazilərin ilhaqını mayın 9-da elan etmək lazımdır.

İkinci tərəf deyir ki, ilhaq olarsa, Rusiyanın gələcək danışıqlar üçün şansı qalmayacaq”, - o qeyd edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top