Finlandiya MN: Rusiya helikopteri ölkənin hava məkanını pozub

DÜNYA 05 may 2022, 00:09
Rusiyaya məxsus helikopter Finlandiyanın hava məkanına daxil olub.

Bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Rusiya HHQ məxsus Mi-17 tipli helikopter ölkənin hava məkanına icazəsiz 5 kilometr daxil olub. Bu, rus aviasiyasının Finlandiyanın hava məkanına qanunsuz daxil olması ilə bağlı ay ərzində birinci, il ərzində isə ikinci faktdır.

Qeyd edək ki, aprelin 8-də Rusiyaya məxsus hərbi təyyarə qısa müddətə Finlandiyanın hava məkanına daxil olmuşdu.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top