Peyvənd olunanların sayı açıqlandı

GÜNDƏM 04 may 2022, 21:20
Azərbaycanda son gündə koronavirus əleyhinə 22 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan isə olmayıb.

İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 653 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 341, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 840 612, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 387, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfərdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top