Ruslar Luqansk vilayətindən üç illik taxıl ehtiyatını aparıblar

REGİON 04 may 2022, 17:10
Genişmiqyaslı müharibə başlayandan bəri ruslar Luqansk vilayətindən 100 min tona yaxın taxıl çıxarıblar. Bu ehtiyat təxminən üç il üçün kifayət edərdi.

Demokrat.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Məlumatda qeyd olunur ki, rus qoşunları 100 min ton taxıl çıxarıb və bu, yalnız təsdiqlənən rəqəmlərdir. Daha 30 000 ton taxılı isə Rubijnidə yerli anbarı atəşə tutaraq məhv ediblər.

Luqansk vilayətinin rəhbəri Sergey Qayday qeyd edib ki, Luqansk vilayətinin öz sərhədləri daxilində 2022-ci il fevralın 24-dək illik tələbatı 60 min ton taxıl təşkil edib. 2014-cü ildə işğal olunmuş ərazilərlə birlikdə isə illik təlabat 240 min ton olub. Eyni zamanda, Luqansk bölgəsi yeganə yerdir ki, orda əkin kampaniyası başlamayıb: "Fermerlərin əkdikləri torpaqların 90%-dən çoxuməhz düşmən tərəfindən zəbt edilən və hələ də döyüşlərin davam etdiyi şimal hissədə yerləşir. Məhz bu ərazilər 2022-ci ilə qədər bütün rayonu taxılla təmin edirdi. İndi əkin kampaniyasının başlamadığı yeganə rayon bizimdir. İndi çörək yoxdur və heç gözlənilmir də. Ruslar işğal etdikləri ərazilərdə ukraynalıları aclıq həddinə çatdırıblar".Xatırladaq ki, işğalçılar son sutka ərzində Luqansk vilayətinin yaşayış məntəqələrini 34 dəfə atəşə tutublar.(visiontv.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top