Qopardılan dırnaqlar, bağlanmış əllər: Kiyev vilayətində daha bir kütləvi məzarlıq tapıldı

REGİON 04 may 2022, 14:08
Kiyev vilayətinin Kalinovka kəndi rus işğalçılarından azad edildikdən sonra orada kütləvi məzarlıq aşkar edilib. 

Bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də məlumat verib:

"Dırnaqları qoparılıb. Əlləri bağlanıb. Kiyev vilayətinin Kalinovka kəndində daha iki dinc sakinin meyidləri aşkar edilib. Allah bilir hazırda işğal olunmuş ərazilərdə nə qədər belə cinayətlər törədilib".

O, vurğulayıb ki, Rusiya dinc əhaliyə qarşı terror yolunu seçib. Buna görə də Rusiya terroru himayə edən dövlət kimi tanınmalıdır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top