UEFA Rusiyaya yeni sanksiyalar tətbiq etdi

İDMAN 02 may 2022, 22:47
UEFA-nın qərarı ilə Rusiya qitədəki bütün futbol tədbirlərindən kənarlaşdırılıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Rusiya klubları 2022-2023-cü il mövsümündə Avropa çempionatlarında iştirak edə bilməyəcək. Qadın futbolçuların isə yayda keçiriləcək kuboklarda iştirakı qadağan edilib.

UEFA-nın qərarında göstərilir ki, Rusiyanın futbol klubları Avropa Kubokunda, Çempionlar Liqasında, Avropa Konfrans Liqasında və Avropa Liqasında çıxış edə bilməz. Qadın futbolçulardan ibarət milli komandanın isə iyulda Böyük Britaniyada keçiriləcək yarışlarda iştirakına qadağa qoyulub.

Bundan başqa, Rusiya 2028-2032-ci illərdə Avropa çempionatına ev sahibliyi üçün namizəd ölkələr siyahısından çıxarılıb. Rusiya komandasının noyabrda Qətərdə keçiriləcək dünya çempionatında iştirakı da qadağan edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top