Hulusi Akarla Sergey Şoyqu telefonla danışıblar

GÜNDƏM 02 may 2022, 22:03
Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Söhbət zamanı Akar Ukraynada humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini, Mariupol sakinləri başda olmaqla, dinc əhalinin təhlükəsiz şəkildə təxliyyə edilməsinin lazım olduğunu vurğulayıb.

O, bir daha bəyan edib ki, humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyə əvvəllər olduğu kimi bölgədə sülhün təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top