On bir ayın sultanı Ramazan ayını yaşayırıq. Bu müqqəddəs ay boyu biz bəndələrə oruc tutub, namaz qılmaq, Allaha şükr etmək vacib buyrulub. Bütün inanclı insanlar nəfsləri ilə mübarizə aparıb bu əziyyətli və bir o qədər də savablı ayı oruc tutmaqla keçirirlər. Bu sırada Mili Məclisin bəzi deputatları da var.
Maraqlıdır, oruc tutan millət vəkillərimiz kimlərdir?
Demokrat.az bu sualla bir neçə deputata müraciət edib.
Ceyhun Məmmədov: “Bir müsəlman olaraq mən də çalışıram ki, İslamın verdiyi dəyərlərə imkanım çatan qədər əməl edim. Biz işləyirik, amma buna baxmayaraq mən orucumu hər il tutmağa imkan edirəm. Bu il də bəli oruc tutmuşam”.

Vüqar İskəndərov: “Bu il oruc tuta bilmədim. Əvvəlki illərdə imkan olduğu qədər oruc tutmuşam”.

Müşfiq Cəfərov: “Açığı bu illəri oruc tutmaq qismət olmadı. Çünki xarici səfələrim oldu. Ona görə də, yarı-yarımçıq oruc tutmaq istəmədim. Ancaq öncəki illərdə oruc tutmuşam”.

Cavid Osmanov: “Oruc tutanlara böyük hörmətim var, amma mən özüm, təəssüf ki, bu il oruc tuta bilmədim”.

Aynurə Pənahqızı
Demokrat.az