Rövşən Əsgərov “Caliber”ə geniş müsahibə verdi — VİDEO

GÜNDƏM 02 may 2022, 18:02
“Caliber” analitik “YouTube” layihəsinin müəllifi Heydər Mirzə “Nə? Harada? Nə vaxt?” intellektual oyunun iştirakçısı, jurnalist Rövşən Əsgərovdan müsahibə götürüb.

Bakıda olan Rövşən Əsgərov Rusiyanın 24 fevraldan etibarən Ukraynaya qarşı başladığı hərbi təcavüz və Georgi Jukov haqqında yazdığı məlum statusdan danışıb, həmçinin müasir Rusiyada baş verən prosesləri şərh edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federasiyasının İstintaq Komitəsi məşhur azərbaycanlı bilici Rövşən Əsgərova qarşı nasizm ideyalarına haqq qazandırılması maddəsi üzrə cinayət işi açıb.

Rövşən Əsgərov “nasizmin reabilitasiyası”nda təqsirli bilinir.

Onun “Facebook” səhifəsində marşal Georgi Jukov barəsində təhqiramiz fikirlər yazdığı qeyd olunub.

Məşhur həmyerlimizin fikirləri ilə ətraflı olaraq “Caliber”in yayımladığı müsahibədən tanış ola bilərsiniz:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top