FHN-dən bayram günləri ilə bağlı AÇIQLAMA

GÜNDƏM 30 apr 2022, 23:44
Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirlikdən verilən məlumata əsasən, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı əmr imzalayıb.

Əmrə görə, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top