"Türkiyənin "Hürjet" təyyarəsi F-35-dən üstün olacaq"

REGİON 30 apr 2022, 23:30
Türkiyənin hazırladığı hücum təyyarəsi "Hurjet" performans xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil "F-35" qırıcısını geridə qoyacaq. 

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla ölkənin müdafiə sənayesi idarəsinin rəisi İsmayıl Dəmir çıxış edib.

"Yüngül hücum təyyarəmiz "Hurjet" gələn il ilk uçuşunu edəcək. Qırıcımız "F-35"dən daha təkmil xüsusiyyətlərə malikdir. Təyyarə gələn il martın 18-də anqardan çıxarılacaq", - deyə Star qəzeti onun sözlərinə sitat gətirib.

Nazir, türk hücum təyyarəsinin Amerikanın beşinci nəsil qırıcı-bombardmançısını tam olaraq hansı xüsusiyyətləri ilə üstələyəcəyini izah etməyib.
"Hurjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır"

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top