“Rusiya Moldovada sabitliyi poza bilər”— NATO baş katibinin müavini

GÜNDƏM 30 apr 2022, 20:34
“NATO Dnestryanı bölgədə növbəti təxribatların olacağını gözləyir və hesab edir ki, əsas məqsəd Ukraynaya problem yaratmaqdır”.

NATO baş katibinin müavini Mirça Coane deyib.

Coane əlavə edib ki, Moldovada sabitliyi pozmaq cəhdləri mümkündür: “Hazırda biz Rusiyanın təzyiqi altında olan Moldova və Gürcüstan üçün hərbi risk görmürük. Bununla belə, Moldovada təxribatlar, saxta bayraq əməliyyatları gözləyirik”.

Xatırladaq ki, ötən həftə Dnestryanı bölgədə silsilə terror aktları baş verib. Rusiya ordusunun nümayəndəsi rusdilli əhaliyə qarşı ayrı-seçkilik edildiyini əsas gətirərək bölgəyə getmək planlarını açıqlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top