Rusiya Odessa hava limanına raket zərbələri endirib, dağıntılar var

GÜNDƏM 30 apr 2022, 19:59
Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

Bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 may 2022, 19:36
Top