Gənclər üçün PR və kommunikasiya bacarıqları mövzusunda təlim keçirildi — FOTOLAR

SOSİAL 30 apr 2022, 13:55
Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər üçün “PR və kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib. 

Demokrat.az xəbər verir ki, “Gənclər təşkilatlarında media savadlılığının artırılması” layihəsi çərçivəsində keçirilən təlim müvafiq sahə üzrə ölkə daxilində və ölkə xaricində ixtisaslaşmış mütəxəssis Ellada Mustafayevanın təqdimatında baş tutub.

Təlim çərçivəsində iştirakçılar uğurlu kommunikasiya bacarıqları, informasiyanın emalı və yayımı, ictimaiyyətlə əlaqələr üzrə xidmət və mütəxəssislərin funksiyaları, PR kampaniyalarının keçirilməsi, ictimaiyyətlə əlaqələrdə tədbirlərin formaları, sosial mediadan effektiv istifadə kimi mövzularda faydalı və praktik məlumatlar əldə ediblər.

Təlim çərçivəsində, həmçinin, iştirakçılarla geniş müzakirələr aparılıb, müasir media trendlərindən söhbət açılıb. Sonda isə  iştirakçıları maraqlandıran suallar cavablandırıb.

Qeyd edək ki, E.Mustafayeva hazırda RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri vəzifəsində çalışır. O, PR, İKT, təhsil və menecment sahəsində dövlət və özəl qurumlarla peşəkar iş təcrübəsinə malikdir. Bir sıra beynəlxalq və yerli layihələrin idarə və icra olunmasında yer alıb. Müvafiq sahələr üzrə pedaqoji və təlimçilik fəaliyyəti ilə də məşğuldur. 

E.Mustafayeva işgüzar və sosial fəaliyyətinə görə 2020-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən 80 uğurlu sima arasında (#FacesofExchange) yer alıb.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top