“Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir”

GÜNDƏM 30 aprel 2022, 00:21
“Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib. 

"Məndən nüvə müharibəsinin mümkün olub-olmaması, nüvə müharibəsinin başlaması risklərinin artıb-artmaması və Rusiyanın bunun baş verə biləcəyini güman edib-etməməsi ilə bağlı sual verdilər. Cavab verdim ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp  administrasiyası ilə əməkdaşlığımızın lap əvvəlindən biz onlara 1997-ci ildə Reyqan-Qorbaçov tezisini bir daha təsdiqləməyi təklif etdik ki, nüvə müharibəsində qalib ola bilməz”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, məhz Rusiya dəfələrlə bütün nüvə ölkələri adından nüvə silahı ilə bağlı öhdəlikləri təsdiqləyən bəyanatların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib:
“Tramp administrasiyası belə bir bəyanatı qəbul etməkdən imtina etsə də, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədəki ilk görüşündən sonra qəbul edilib”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top