“Qərb Gürcüstana silah versə, orada sabitlik pozulacaq” — Kremldən xəbərdarlıq

DÜNYA 28 apr 2022, 20:22
Kreml Londonun Moldova və Gürcüstanı silahlandırmaq niyyətinə cavab verdi

“Qərbin təkcə Ukraynaya deyil, Moldova və Gürcüstana da silah vermək niyyəti qeyri-sabitliyə səbəb olacaq”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bunlar qitənin təhlükəsizliyini təhdid edən və qeyri-sabitliyə səbəb olan hərəkətlərdir”, – Peskov deyib.

O, həmçinin Britaniyanın xarici işlər naziri Liz Trasın bəyanatının Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəyərləndirilməli olduğunu qeyd edib.

Xatırladaq ki, Liz Trass Ukraynanın Krım və Donbasdakı ərazilərini tamamilə azad edə biləcək dərəcədə silahlanmalı olduğunu bildirib. XİN rəhbərinin fikrincə, Qərb Moldova və Gürcüstanın da müdafiə qabiliyyətinin genişlənməsinə kömək etməlidir. Çünki Putin bu ölkələrə də müdaxilə edə bilər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top