Partlayıcı qurğunu əlinə götürən fəhlə xəstəxanalıq oldu

HADİSƏ 27 apr 2022, 18:28
Gəncədə 20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Tekstilni" adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Bu zaman partlayış olub. Nəticədə fəhlə xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top