Kamala Harris koronavirusa yoluxdu

DÜNYA 27 apr 2022, 00:10
ABŞ-ın vitse-prezidenti Kamala Harris koronavirusa yoluxub.

Demokrat.az  TASS-a istinadla xəbərinə görə, bu barədə vitse-prezidentin mətbuat katibi Kirsten Allen məlumat yayıb.

Qeyd olunur ki, Kamala Harrisdə xəstəliyin heç bir simptomu görünməyib. Onun son vaxtlar Prezident Co Baydenlə və birinci xanımla yaxın təması olmayıb.

Harris özünü təcrid edəcək və vitse-prezidentin rezidensiyasından işini davam etdirəcək. Vitse-prezident Ağ Evə testin nəticəsi mənfi çıxanda qayıdacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top