“Belə bic uşaqlar bizə lazım deyil” — Rəşid Mahmudov qəzəbləndi

GÜNDƏM 26 apr 2022, 16:18
Müasir dünyada sonsuzluq problemi daha aktual xarakter almaqdadır. Bu bəladan can qurtarmaq üçün, dünyaya yeni həyat gətirmək üçün insanlar müxtəlif üsullardan faydalanırlar. Bir çox hallarda övlad sahibi olmaq istəyənlər sperma bankına müraciət edirlər. Burada göstəriciləri müəyyən şərtlərə uyğun gələn kişilərin sperması qorunub saxlanılır. Dünyanın bir çox ölkəsində heç bir partnyoru olmadan ana olmaq istəyən qadınlar rahatlıqla sperma bankına müraciət edir. Artıq Azərbaycanda da sperma bankı yaradılacaq. Bəs görəsən, tibbi baxımdan bu nə dərəcədə doğrudur?

Demokrat.az bu suala cavab tapmaq üçün tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, belə bir şeylərin tətbiq edilməsi yolverilməzdir:

“Bu uşaqlar bic doğulur və kimin övladı olduğu bilinmir. Əvvəllər ölkəmizə spermalar Hollandiyadan gətirilirdi, indi də Azərbaycanda bunu tətbiq etmək istəyirlər. Bunlar ağılsız şeylərdir və belə uşaqlar bizə lazım deyil! Bu uşaqlar gələcəkdə ailə də qura bilərlər, yəni hər şey ola bilər. Bütün bunlar Allahın qoyduğu yoldan çıxmaq deməkdir“.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top