“Onların sənədlərinə baxılıb, lakin birliyin üzvlüyünə layiq görülməyiblər” — AYB

ƏDƏBİYYAT 26 apr 2022, 13:42
“Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin sənəd qəbulu başa çatıb”.

Bu sözləri Demokrat.az-a açıqlamasında birliyin mətbuat katibi Xəyal Rza deyib.

AYB-nin sözçüsü bu ilin iyulunda qurultayın baş tutacağını və bu səbəbdən üzvlüyə qəbulun başlanıldığını qeyd edib: 
  


“Uzun müddətdir üzvlüklə bağlı qəbul dayandırılmışdı. Belə qərar verilmişdi ki, Yazıçılar Birliyinin Qurultayı keçirilsin, sonra üzvlüyə qəbul başlasın. Qərar verilmişdi ki, nə vaxt qəbul komissiyası işə başlayar, onda sənədlərin qəbulu da elan olunar. Qəbul komissiyasının də tərkibi və sədri dəyişdi, yeniləndi”. 

“Daha sonra qərar verildi ki, bu il iyul ayında qurultay olacağı üçün üzvlüyün qəbuluna başlanılsın. Müraciətlərin bir hissəsinə baxılıb, qəbul olunub. Onların içərisində gənclər də var, orta nəslin nümayəndələrindən olan yazıçılar da var. Təbii ki, içərilərində sənədləri geri qaytarılanlar da olub. Hansı ki, sənədlərinə baxılıb, lakin üzvlüyə layiq görülməyiblər. Müraciətlərin hər birinə növbəlilik prinsipi ilə baxılacaq” – deyə X.Rza bildirib.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top