Kömək əvəzinə aşan maşındakı şokoladları oğurladılar — FOTOLAR

DÜNYA 25 apr 2022, 20:55
Türkiyədə qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Şanlıurfa bölgəsində idarəetməni itirən yük maşını aşıb.

Şokoladla dolu olan yük maşınının sürücüsü ağır xəsarət alıb və xəstəxanaya yeləşdirilib.

Aşan yük maşınından isə şokoladlar yerə dağılıb. Bunu görən insanlar isə kömək əvəzinə şokoladları yığıb aparıblar.

İnsanların dağılan şokoladları bir-birləri ilə sanki yarışaraq toplayıb aparması görənlərin sərt reaksiyasına səbəb olub.

Tənqidə səbəb olan həmin görüntüləri təqdim edirik:



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top