Deputat tanınmış jurnalisti məhkəməyə verdi — 11 minlik təzminat

GÜNDƏM 25 apr 2022, 12:21
Millət vəkiki, təhsil eksperti Etibar Əliyev tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallını məhkəməyə verib. 

Demokrat.az xəbər verir ki, bu haqda məlumatı Ə.Zeynallı sosial şəbəkədə paylaşıb.

O, bildirib ki, məhkəmə prosesi bu gün - aprelin 25-də başlayacaq:

“Etibar Əliyev məni təhqir edib, cavabını alıb, sonra da verdiyim cavabdan xoşlanmayıb arxasının güclü olduğunu zənn edərək məhkəməyə verib. 

İddia ərizəsini hələ oxumamışam, vəkilin dediyinə görə, 11.000 manat da pul tələb edir. Başda Sahibə Qafarova olmaqla Milli Məclis, görünür, media ilə düşmənçilik xətti tutub. Cavanşir Feyziyevə bizi söydürdülər, indi də məhkəməyə verdirirlər”. 

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top