Bakının Binəqədi rayonunda 1947-ci il təvəllüdlü Yaşar kirayə yaşadığı evin sahibi Mirhəsəni öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yaşar əvvəllər birlikdə işlədiyi tanışı Mirhəsən ilə aralarında olan şifahi razılaşmaya əsasən təxminən 2021-ci ilin sentyabrın əvvəllərindən sonuncuya məxsus Binəqədi rayonu, 2-ci mədən, korpus 73 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayıb.
Yaşar evdə istifadə olunan komunal xidmətlərdən, yəni təbii qazdan, elektrik enerjisindən düzgün istifadə etməməsi ilə bağlı ev sahibini iradı ilə üzləşib.
Bu səbəbdən Yaşar ev sahibindən küsüb və evdən gedib. Bir neçə gündən sonra Mirhəsənin özünün dəvəti ilə Yaşar yenidən həmin evə qayıdıb kirayəşin kimi yaşamaqda davam edib.
Bir müddət sonra Yaşarın yenidən kommunal xidmətlərdən, düzgün istifadə etməməsi ilə bağlı Mirhəsən iradlar bildirməyə başlayıb. Bu zəmində aralarında bir neçə dəfə mübahisə baş verib.
Növbəti dəfə 1 oktyabr 2021-ci ildə, saat 09 radələrində Yaşar kirayədə yaşadığı həmin evin dəhlizində eyni səbəbdən yenidən ev sahibi ilə mübahisələri baş verib. Mirhəsən onu nalayiq sözlərlə təhqir edib, döşəmə ağacı ilə bədəninə vurub, dərhal evini tərk etməsini təkidlə tələb edib.
Bundan əsəbiləşən Yaşar Mirhəsəni öldürmək qərarına gəlib. O, özündə olan bıçaqla Mirhəsənin bədənini müxtəlif nahiyələrinə zərbələr vuraraq onu öldürüb.
İstintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1979-cu ildə ailə həyatı qurub: “Həmin nikahdan İntiqam və Nigar adlı iki övladım var. 1986-cı ildə ailəmdən ayrılmaqla tək yaşamağa başladım. Hazırda təqaüdçüyəm. dür, Mirhəsəni də sürücü işləyəndə tanımışam. Ailəmdən ayrıldıqdan sonra müxtəlif evlərdə kirayədə yaşamışam. Hadisənin baş verdiyi vaxtda da Mirhəsənin evində yaşayırdım. Mirhəsən mənə yaşadığı evlə eyni həyətdə yerləşən bir otaqlı evi kirayə vermişdi. Yaşadığım otaq giriş qapısından sağ tərəfdə ayaq yolunun yanında yerləşirdi. Mirhəsənin öz evinin giriş qapısı ayrı idi. Həmin evdə Mirhəsən arvadı Şəkərlə birlikdə yaşayırdı. Bir dəfə Mirhəsən məndən evdən çıxmağımı tələb etdi. Mirhəsəndən hansı səbəbə görə evdən çıxmağımı tələb etdiyini soruşanda heç bir səbəb göstərmədi. Mən də bir söz demədən evdən çıxdım və 3 gün Mirhəsənin oğlu İlhamın evində qaldım. Təxminən 3-4 gün sonra Mirhəsən özü mənim mobil telefonuma zəng edərək yenidən evində kirayədə yaşamağımı təklif etdi. Ev tapa bilmədiyimə görə onunla razılaşdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 20 sentyabr 2021-ci ildə yenidən Mirhəsənin evinə gedib və əvvəl qaldığı otaqda yaşamağa başlayıb: “Orada qaldığım 3-4 gün ərzində Mirhəsənlə heç bir mübahisəm olmadı. Lakin son 5-6 gün idi ki, Mirhəsənlə tez-tez mübahisə etməyə başladıq. Mirhəsən məndən elektrik enerjisindən və qazdan az istifadə etməyimi tələb edirdi. Mənimlə mübahisə etmək üçün hər dəfə bir bəhanə axtarırdı, nalayiq sözlər işlədirdi. Həmçinin Mirhəsən mənə ikinci dəfə evdə qalmağa dəvət edən zaman 80 manat kirayə pulu istəməsinə baxmayaraq, sonra isə kirayə haqqını 100 manata qaldırdı. Məndən buna razılıq verdim”.
Yaşar qeyd edib ki, hadisə baş verdiyi gün səhər yuxudan oyandıqdan sonra yemək hazırlamağa başlayanda Mirhəsən gəlib: “Mirhəsən qazı söndürdü və sonra mənə evindən çıxmağımı tələb etdi. Mən isə əvvəlcə bir stəkan çay içib, sonra evdən çıxaraq özümə ev axtaracağımı dedim. Mirhəsən yenə ünvanıma nalayiq ifadələr işlətdi. Bu vaxt Mirhəsən otaqda olan döşəməyuyan taxtanı götürdü və üzərimə gəldi. Həmin sözü və davranışı mənə olduqca pis təsir etdi. Həmin anda “aqoniya” vəziyyətində idim. Süfrədə özümə yemək hazırlamaq üçün istifadə etdiyim açılıbqatlanan bıçağı götürərək, Mirhəsənə xəsarət yetirdim. Mirhəsəni vurmaq istəməzdim. Lakin nalayiq sözləri və davranışı ilə mənə “hambal” kimi rəftar edirdi. Hər bir insanın mənliyi var. Hadisə baş verəndə Mirhəsənlə tək idik, ətrafda başqa şəxslər yox idi. Əməlimdən peşmanam”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Yaşar 14 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az