İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

SİYASƏT 24 apr 2022, 22:39

İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bu həftə ərzində Azərbaycana səfər edəcək.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi İranla əlaqələrə xüsusi önəm verir. Bununla əlaqədar tez-tez qarşılıqlı səfərlər baş tutur.

Səfir əlavə edib ki, növbəti ayda da qarşılıqlı səfərlər həyata keçiriləcək.

“Eyni zamanda növbəti ayda Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin İrana səfəri həyata keçirilə bilər. Bundan başqa may ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası Bakıda keçiriləcək. Bu iclasa İƏT-ə üzv ölkələrin parlamentlərinin sədrləri dəvət olunub. İran parlament sədri və nümayəndə heyətinin həmin iclasa yüksək səviyyədə qatılacağı gözlənilir”, - deyə o qeyd edib./trend.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top