"iPhone"-lar üçün "WhatsApp" da yeni funksiya

İKT 24 apr 2022, 00:20
“Apple” smartfonları üçün “WhatsApp” messencerinin son versiyasında yeni funksiyalar əlavə olunub. Belə ki, qrup şəklində səsli zənglər zamanı eyni vaxtda 32-yə qədər istifadəçi iştirak edə biləcək.

Söhbət tətbiqin 22.8.80 versiyasından gedir.

Yenilənməni artıq butun "iOS" əməliyat sistemli "Apple" qadcetlərinə yükləmək mümkündür. Yenilənmə həmçinin messencerin interfeysində dəyişiklikləri ehtiva edir.

Bundan əlavə, son versiyada yeni məxfilik parametri olaraq şəkillərə baxış imkanını məhdudlaşdırmaq mümkündür. Lakin bu funksiya hələlik bütün İOS istifadəçiləri üçün aktiv deyil.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top