Fuad Muradov: “Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi müstəsna əhəmiyyət kəsb edir”

SOSİAL 23 apr 2022, 20:30

“Bu gün dünya azərbaycanlılarına dövlətimizin və ölkə rəhbərliyimizin diqqət və qayğısını ifadə edən Qurultayın məhz burada, qədim Qarabağ torpağının Şuşa şəhərində keçirilməsi xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsi olmaqla, ölkəmizin nüfuzu və hərtərəfli inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan diasporu üçün əlamətdar olan Qurultayın aprel ayında keçirilməsi təsadüfi deyil: “Məhz 2016-cı ilin bu ayında Azərbaycan dövləti, eləcə də diasporu öz qüvvəsini və mütəşəkkilliyini sübut etdi. Zəfərimizin müjdəçisi olan “Aprel döyüşləri” bir daha Azərbaycanın nəyə qadir olmasını, Ordumuzun gücünü göstərdi.

Eləcə də bu ay bizə məkrli planlarla qarşı-qarşıya dayanmağımızı bariz təzahür etdirir. Yəni 107 ildir biz uydurma “erməni soyqırımı” ilə üz-üzə qalmışıq. Mənfur düşmən öz niyyətini saxta əməllər və yalanlar ilə gerçəkləşdirmək istəyir. Buna adekvat olaraq biz Azərbaycanlıların Soyqırımı Günü və Xocalı qətliamı ilə bağlı reallıqların beynəlxalq aləmə çatdırılması üçün səylər göstəririk. Bu, Tovuz hadisələri və Vətən müharibəsində də özünü büruzə verib. Sizin, Azərbaycan diasporunun iştirakı nəticəsində böhtan və təxribat xarakterli fəaliyyətin qarşısı tarixi həqiqətə uyğun alınıb. Buna görə Azərbaycan diaspor ailəsinin hər bir üzvünə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk”.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top