“Sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən edilib” — Prezident

GÜNDƏM 23 apr 2022, 19:20

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Demokrat.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçısı Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb.

Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top