Çindəki karantin nəticəsində dünyada notbuk qıtlığı yaşana bilər

İKT 23 apr 2022, 11:58
Çinin Şanxay, Kunşan və digər şəhərlərində davam edən sərt karantin bəzi istehsal sahələrində fasilələrə səbəb olub.

Nəticədə xüsusən notbuk hissələrinin, metal detalların, plastmasın çatışmazlığı yaranıb.

Əvvəl Şanxay və Kunşanda karantin tədbirlərini bir və ya iki həftəyə yekunlaşdırmaq nəzərdə tutulurdu, lakin artıq bir aydan çoxdur ki, sözügedən şəhərlərdə sərt karantin rejimi davam edir.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda “Quanta Computer” və “Inventec” kimi notbuk istehsalçıları notbuk hissələrinin bazara çatdırılmasında gecikmələrlə üzləşiblər.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top