Azərbaycanda baş vermiş son zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM 21 apr 2022, 16:31
“Azərbaycanda yaxın günlərdə dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Gürcüstan-Azərbaycan sərhədində baş verən zəlzələyə münasibət bildirərkən deyib.



Onun sözlərinə görə, Azərbaycanda hər gün təkanlar olur: “Elə bir gün yoxdur ki, yeraltı təkan qeydə alınmasın. Sadəcə olaraq zəif təkanlardır. Bu gün səhər kimi 30 təkan olub. Yəni, qorxulu bir şeydir. Zəlzələ Yer kürəsi dağılana kimi hər zaman olacaq. Yaxın günlər maqnitudası 6-dan yuxarı olan zəlzələlər gözlənilmir. Təbii ki, hər günün öz hökmü var”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top