Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli görüşdə danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.
Məsələni şərh edən Milli Məclisin deputatı Azər Badamov Demokrat.az-a açıqlamasında bildirib ki, Putinin iştirakı ilə keçirilən bütün görüşlərdə buna bənzər açıqlamalar olub. Lakin Ermənistan indiyədək konstruktiv mövqe nümayiş etdirməyib:
“Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş ikitərəfli görüşdə müzakirə olunan məsələlərdən biri də 10 Noyabr üçtərəfli bəyanatın icrası, o cümlədən sərhədlərin delimitasiya - demarkasiya olunması, kommunikasiyaların açılması proseslərinin sürətləndirilməsi ilə bağlı idi. Düzdür, baş tutan görüşdə bunlarla bağlı müəyyən razılıqlar əldə oldu. Qeyd edim ki, prezident Putinin iştirakı ilə keçirilən bütün ikitərəfli və üçtərəfli görüşlərdə buna oxşar açıqlamalar hər zaman verilib. Çox təəssüf ki, hələ də Ermənistan konstruktivlik nümayiş etdirməyib. Yəni, bir ildən çoxdur ki, bu istiqamətdə irəliləyişə doğru hər hansı addım atdığını müşahidə etməmişik. İndiki halda düşünürəm ki, 6 apreldə Brüsseldə əldə olunmuş razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində başlanğıc nöqtəsidir”.
Deputat hesab edir ki, bu müstəvidə Rusiya ilə Avropa İttifaqı arasında imic uğrunda rəqabət başlayıb: “Rusiya çalışır ki, Cənubi Qafqazda həll olunmalı məsələləri özünün iştirakı ilə yoluna qoysun. Azərbaycana bu gün gündəlikdə dayanmış məsələlərin həll edilməsinə töhfə vermək bütün dairələr üçün maraqlıdır. Çünki, əsas məsələ 10 Noyabrda imzalanmış üçtərəfli bəyanatın tam şəkildə icra olunması üçün Ermənistana təzyiq göstərilməsidir. Əgər Rusiya bu istiqamətdə yeni təşəbbüslərlə çıxış edirsə, biz ancaq alıqışlayırıq. Düşünürəm ki, həm Avropa İttifaqının, həm də Rusiyanın bu məsələlərin həllində yaxından iştirak etmək istəyi sülh sazişi prosesini sürətləndirə bilər”.
Aynurə Pənahqızı
Demokrat.az