“Şuşada keçiriləcək Zəfər Qurultayı hər birimiz üçün çox önəmlidir” — Tofiq Zülfüqarov

GÜNDƏM 19 apr 2022, 17:17
“Şuşada Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi mühüm hadisədir”.

Bunu Demokrat.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, Qarabağın işğaldan azad olunması ümummilli hədəfdir:

“Bu, həm Azərbaycan vətəndaşları, həm də müxtəlif ölkələrdə yaşayan həmyerlilərimiz üçün milli hədəf idi. Bu baxımdan da Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək Zəfər Qurultayı hər birimiz üçün çox önəmlidir. Bu məsələnin qeyd olunması həm də diaspor qarşısında yeni vəzifələrin qoyulması deməkdir. Hesab edirəm ki, bu, çox təsirli bir tədbir olacaq. Qeyd edim ki, bu, ilk ümummilli hadisədir“.  

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top