“Ofis işi”nin aktrisası: “Əminəm ki, bu işimiz bizi utandırmayacaq”

ŞOU-BİZNES 19 aprel 2022, 16:31
Son günlər hələ efirdə yayımlanmadan səs-küyə səbəb olan “Ofis işi” romantik komediyasının baş rol ifaçılarından biri Günel Məmmədova, ərsəyə gətirdiklər yeni işlə bağlı fikirlərini bizimlə bölüşüb.
 
Tanınmış aktrisa Demokrat.az-a açıqlamasında bunları deyib:

“Ofis işi” serialının çəkilişinə 2020-ci ildən başlanmışdı, amma bildiyimiz səbəblərə görə dayandırılmışdı. Nəhayət ki, bu il ardının çəkilməyinə qərar verildi. Bu serial digər seriallardan çox fərqlənir. Təbii ki, mən bu serialda çəkilmişəm deyə demirəm. Janr olaraq romantik komediyadır. Düzdür, bizim televiziya məkanında komediya janrında çəkilən bir çox seriallarımız var, amma “Ofis işi” serialı öz estetikası, birplanlı kadrları ilə fərqlənir. Birplanlı kadrlar daha çox kinoda istifadə olunur və onu çəkmək çox çətindir. Biz, adətən, filmlərdə, kinolarda belə kadrlara rast gəlirik. “Ofis işi”ndə tamaşaçı belə kadrlara çox rast gələcək. İzləyici bu serialı izləyəndə, sanki, filmə baxacaq, seriala yox. Bundan başqa, möhtəşəm aktyor oyunu, rejissor işi, operator işi- bir sözlə, peşəkar komanda işi var bu serialda. 

Serialın rejissoru Cəfər Axundzadə, ikinci rejissoru Vüsal Hacıqədir idi. Ssenaristlər isə Vüqar Hüseynovla Talıb Əhmədovudr. Onların qələmlərini çox sevirəm. Mən əminəm ki, bu işimiz bizi utandırmayacaq. Ümid edirəm ki, hər kəs bu serialı sevəcək.”

Gülçin Qorxmaz
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top