Bu kəndin 6 sakinini timsahlar yedi

DÜNYA 18 apr 2022, 19:00
Tanzaniyada baş verənlər eşidən hər kəsi dəhşətə gətirib.

Demokrat.az dünya mətbuatına istinadən xəbər verir ki, Tanzaniyanın Kimaramisale kəndində il başlayandan artıq 6 nəfər ac timsahların qurbanı olub.

Hüquq-mühafizə orqanları əhalini timsahların hücumundan qorumaq üçün müəyyən tədbirlərə əl atmalı olublar.

Kənddən verilən məlumata görə, ardıcıl timsah hücumları əhalinin psixoloji durumunu gərginləşdiriblər. Hətta kəndlilər bu barədə bir-birləri ilə danışmaqdan belə qorxurlar.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top