Lənkəranda azsaylı xalqların mədəniyyətləri öyrənilir — FOTOLAR

SOSİAL 18 apr 2022, 13:20
Lənkəran rayonunda “Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Demokrat.az xəbər verir ki, tədbir çərçivəsində təşkil olunan seminarda Azərbaycan Konstitusiyasının irqindən, dinindən və dilindən asılı olmayaraq, hər bir şəxsin hüquq və azadlıqlarının qorunmasına təminat verdiyi bildirilib. Qeyd edilib ki, respublikamızda yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və hüquqi-normativ aktlarla qorunur. Bu layihə də azsaylı xalqların mədəniyyətinə göstərilən isti münasibətdən qaynaqlanır. Layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinin, milli-mənəvi dəyərlərinin öyrənilməsini və təbliğini təşkil etməkdir.

Layihə çərçivəsində, həmçinin talışların mədəni irsinə aid nümunələrin sərgisi açılıb.

Üç ay davam edəcək layihə çərçivəsində Qax, İsmayıllı və Quba rayonlarında da oxşar tədbirlər reallaşdırılıb.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top