“Güzəştli mənzil”ləri oğurlayanlar MİDA-nın köməyi ilə tapıldı – Agentlik prosesin şəffaflığında maraqlıdır...

TƏHLİL 17 apr 2022, 11:15
MİDA-nın “Güzəştəli mənzil”llərlə bağlı “5 saniyəlik” qalmaqalına nəhayət aydınlıq gətirildi. Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırma nəticəsində məlum oldu ki, bir qrup şəxs əlbir olaraq, MİDA-nın saytına müdaxilə edib və mənzillərin 5 saniyə ərzində “yoxa çıxması”nı həyata keçirib.

Bu məsələ ilə bağlı əvvəldən gündəmdə olan versiyalardan biri də məhz kənar müdaxilənin edilməsi idi. Hətta, o haqda söhbətlər var idi ki, mənzil işbazları “haker”lərlə əlbir şəkildə güzəştli mənzilləri əldə edir, daha sonra onları baha qiymətə başqalarına satırlar. DTX-nın araşdırması və mütəşəkkil dəstənin ifşa edilməsi bu versiyanı təsdiqlədi.

Burada əsas məqam MİDA-nın prosesin şəffaf şəkildə aparılmasında maraqlı olmasıdır. Məsələnin araşdırılması üçün DTX-ya müraciət edən də məhz Mənzil İnşaatı Dövlət Agentliyinin özü olub. Cəmiyyətdə MİDA-nın tənqid hədəfinə çevrilməsi də haqlı idi. Çünki mənzilə həqiqi ehtiyacı olan yüzlərlə, minlərlə vətəndaşın cavabsız qalan sualları var idi və cavab tapmaq üçün məhz Agentliyə ünvanlayırdı. Bundan öncə güzəştəli mənzillərin satışında müəyyən problemlərin yaşanması da bu sualları artırırdı.

Lakin MİDA-nın məsələnin araşdırılması üçün DTX-ya müraciət etməsi və araşdırmanın nəticəsi göstərdi ki, Agentlik işini şəffaf qurub, istənilən manipulyasiyaların aradan qaldırılmasında da özü maraqlıdır. Baş verən nöqsan və manipulyasiyalar da MİDA-dan qaynaqlanmır. Sadəcə olaraq, internet əsridir və baş verənlər göstərir ki, kompyuterə müdaxilənin edilməsi, qanunsuzluqların törədilməsi mümkündür.



Bu qanunsuzluq yüzlərlə mənzilə ehtiyacı olan vətəndaşı çətin vəziyyətə saldı. Bu vətəndaşlar arasında jurnalist həmkarlarımız da var və bu gün  ölkədə mənzilə ehtiyacı olan əsas təbəqənin arasında jurnalist cameəsi də gəlir. Çünki jurnalistlərin mövcud əmək haqları və iş şəraiti mənzil almaq şansını sıfırın altına salır. Dövlət jurnalistlər üçün üç istiqamətdə əlindən gələni edir.

Birincisi, mənzillərin hədiyyə edilməsidir, lakin təcrübə göstərdi ki, bu məsələdə problemlər yaşanır, o cümlədən, jurnalist cameəsinin problemini bununla həll etmək çətindir.

İkincisi, jurnalistlər üçün güzəştəli ipoteka kreditinin verilməsidir. Dövlət başçısı MEDİA-nın bu təşəbbüsünü yüksək qiymətləndirdi və jurnalistlər üçün yeni, həm də geniş şərait yarandı.



Üçüncüsü də məhz MİDA-nın inşa etdiyi güzəştəli mənzillərdir ki, digər sahələrdə işləyən vətəndaşlar kimi jurnalistlər də bundan yararlana bilərdilər. Hətta, Mənzil İnşaatı Dövlət Agentliyinin satışında iştirak edən çoxsaylı jurnalist həmkarlarımız da var.

Lakin son xoşagəlməz hadisə eyni zamanda həmkarlarımızın mənzil almaq imkanına mənfi təsir göstərdi.

İlkin araşdırmalar günahkarın MİDA olmadığını təsdiqləyir, hətta günahkarların tapılması və prosesin şəffaf keçirilməsi Agentliyin marağındadır. Ümid edirik ki, MİDA bundan sonra güzəştəli mənzillərin satışı işini daha da təkmilləşdirəcək, kənar müdaxilələrə imkan verilməyəcək.


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top