Müharibə başlayandan Ukraynada 200-dən çox uşaq ölüb

REGİON 17 apr 2022, 10:56
Ukrayna Baş Prokurorluğu müharibə zamanı indiyədək ölən uşaqların sayını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, açıqlamada Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri 202 uşağın öldüyü, 361 azyaşlının güllə və qəlpə yarası aldığı barədə məlumat verilib. 

Xəsarət almış uşaqların əksəriyyəti Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərinin sakinləridir. 

Baş Prokurorluq bu rəqəmlərin son göstərici olmadığını, Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların dəqiqləşdirilməkdə olduğunu qeyd edib.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top