Zaqatalada ər arvadının və özünün boğazını kəsərək öldürüb — YENİLƏNİB/FOTO

KRİMİNAL 17 apr 2022, 11:09
Zaqatala Rayon Prokurorluğu Çardaxlar kəndində kişinin arvadını və özünü öldürməsi barədə məlumat yayıb. 

Demokrat.az xəbər verir ki, məlumatda deyilir: 

"Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılan ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Hazırda cinayət işi üzrə istintaq davam edir"./Report

09:50
Zaqatala rayonunda iki nəfər qətlə yetirilib.


APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

Məlumata görə, bir qadın və bir kişi öldürülüb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top