Avropa çempionatı: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb

İDMAN 16 apr 2022, 22:46

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyində Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb.

51 kq çəki dərəcəsində çıxış edən Amin Məmmədzadə 1/8 final mərhələsində irlandiyalı Patrik Makkenna ilə üz-üzə gəlib. Görüş Məmmədzadə üçün üçün uğurlu alınıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək mərhələ adlayıb.

Boksçu 1/4 finalda ermənistanlı Aren Aslamazyanla döyüşəcək. Görüş aprelin 19-da olacaq.

80 kq-dakı Sərxan Budaqov ukraynalı Vladislav Dudarla qarşılaşıb. Gərgin keçən döyüşdə Azərbaycan təmsilçisi rəqibini məğlub edib. Qələbə sayəsində 1/4 finala vəsiqə qazanan Budaqov aprelin 19-da türkiyəli Muhammed Doğru ilə döyüşəcək.

Qeyd edək ki, komandanın heyətində Daniel Xolostenko (71 kq) 1/8 finalda Levent Qemeslə (Macarıstan), Kənan Babayev (48 kq) 1/4 finalda Oruc Əhmədovla (Gürcüstan), Fətəli İsmayılov (86 kq) isə Oğuzxan Türklə (Türkiyə) üz-üzə gələcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top